ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar

Respublikasında Keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın

təsdiq edilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 20 fevral 2012-ci il.

№ 70-04/S