NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsinə dair Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 14 fevral 2013-cü il
№ 121-04/S
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 14 fevral 2013-cü il tarixli
121-04/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsinə dair
T Ə D B İ R L Ə R P L A N I
S/№ |
Tədbirin adı |
İcraya məsul təşkilat |
İcra müddəti |
|
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərgilərin və idman yarışlarının keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
İl ərzində |
|
Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar müəllif şeir və mahnılarından ibarət müsabiqələrin keçirilməsi |
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi, Bəstəkarlar Təşkilatı |
Aprel-may 2013-cü il |
|
Naxçıvan Muxtar Respublika-sının ümumtəhsil məktəblərində “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazıların və Heydər Əliyev Müzeyində dərslərin təşkili |
Təhsil Nazirliyi, orta ixtisas təhsili müəssisələri, Heydər Əliyev Muzeyi |
2013-cü il ərzində |
|
“Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi konfransın keçirilməsi |
AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti |
May 2013-cü il |
|
Heydər Əliyev lektoriyalarında “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda məşğələ-lərin keçirilməsi |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
2013-cü il ərzində |
|
Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə poçt markalarının buraxılması |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
May 2013-cü il |
|
|
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qızıl xatirə medalının buraxılması |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
May 2013-cü il |
|
|
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibəti ilə təntənəli yubiley tədbirinin keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
10 may 2013-cü il |
|
|
Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşasının hazırlanıb göstərilməsi |
Mədəniyyət və Turizm Nazirliyi |
İyun 2013-cü il |
|
|
Muxtar respublikanın şəhər və rayon mərkəzlərində, parklarda tanınmış incəsənət xadimlərinin iştirakı ilə mədəni-kütləvi tədbirlərin təşkili |
Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri |
10 may 2013-cü il |
|
|
Şair Elman Həbibin “İnsanlıq dastanı” kitabının yenidən tərtib edilərək nəşr olunması |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
2013-cü il |
|
|
Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş tematik materialların hazırlanıb verilməsi, sənədli filmlərin nümayiş etdirilməsi, keçirilən tədbirlərin işıqlandırılması |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |
Mütəmadi |
|