Rəssamlar Parkının yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Rəssamlar Parkının yaradılması haqqında

Realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssam Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi, yaradıcılığının tədqiqi və təbliği sahəsində bir sıra işlər görülmüş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmış, muxtar respublika Rəssamlar Birliyinin sərgi salonuna onun adı verilmiş, 120 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də Bəhruz Kəngərlinin heykəli qoyulsun.

2. Həmin ərazi Bəhruz Kəngərli adına Rəssamlar Parkı adlandırılsın.

3. Naxçıvan Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                          VASİF TALIBOV

 

 

 

Naxçıvan şəhəri, 14 noyabr 2015-ci il

№ 328-04/S