NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 17 yanvar 2014-cü il
№ 181-04/S