NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar
Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 12 fevral tarixli 265 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 07 mart 2014-cü il
№ 197-04/S