Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında

Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında

ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin

120 illik yubileyinin keçirilməsi haqqında

 

2015-ci il martın 28-də Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan Əziz Şərifin (Əziz Qurbanəli oğlu Şərifzadə)  anadan olmasının 120 illiyi tamam olur.

1895-ci ildə Naxçıvan şəhərində anadan olan Əziz Şərif ilk təhsilini görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində, sonra isə Tiflis gimnaziyasında almışdır. 1943-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Əziz Şərif 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda işləmiş, 1962-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, 1960-1964-cü illərdə isə həmin universitetdə kafedra müdiri olmuşdur.

Tiflisdə oxuduğu dövrlərdə Cəlil Məmmədquluzadə və digər “Molla Nəsrəddin”çilərlə tanışlığı Əziz Şərifin elmi və ədəbi fəaliyyətində mühüm rol oynamışdır. Təsadüfi deyil ki, o, ilk ədəbi fəaliyyətinə də  1906-cı ildə “Molla Nəsrəddin” jurnalında başlamış və burada “Naxçıvandan məktublar” məqaləsini dərc etdirmişdir.

Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərmiş, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi səxsiyyətləri haqqında qiymətli əsərlər yazmışdır. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilmişdir.

2

Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə etmişdir.

XX əsrdə elmi-ədəbi fikrin inkişafında böyük xidmətləri olan Əziz Şərif “Molla Nəsrəddin” məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaratmışdır. O, xalqımızın milli-mədəni irsinin fədakar təbliğatçısı olmuş, sağlığında pedaqoq və elm xadimi kimi şöhrət qazanmışdır.

Xalqımızın böyük ziyalısı Əziz Şərifin Azərbaycan ədəbiyyatının və elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2.“Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 26 yanvar 2015-ci il

№ 272-04/S

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2015-ci il 26 yanvar

tarixli 272-04/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin

120 illik yubileyinin keçirilməsi ilə əlaqədar

T Ə D B İ R L Ə R    P L A N I

Tədbirin adı

İcra müddəti

İcraya məsul

təşkilatlar

1.

Əziz Şərifin anadan olmasının 120 illiyi ilə əlaqədar  yubiley tədbirinin keçirilməsi

2015-ci il

Naxçıvan Muxtar Res­publikasının Ali Məclisi

 

2.

Əziz Şərifin həyat və yaradıcılığına həsr olunmuş elmi kon­fran­sın keçirilməsi

Mart,

2015-ci il

AMEA-nın Naxçıvan bölməsi,  Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Nax­­çıvan” Univer­siteti

3.

Təhsil və mədəniyyət müəs­si­sə­lərində Əziz Şərifin həyat və fəaliyyətini əks etdirən guşələrin yaradıl­ması və oxucu konfransları­nın təşkil olunması

İl ərzində

Naxçıvan Muxtar Res­publikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi

4.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Əziz Şərifin 120 illik yubileyinə həsr olunması

2015-ci il

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Döv­lət Universiteti

5.

“Əziz Şərif: taleyi və sənəti” məqa­lələr toplusunun nəşrə hazırlanması

2015-ci il

AMEA-nın Naxçıvan Bölməsi

6.

Əziz Şərifin 120 illiyi ilə bağlı poçt markasının buraxılması

2015-ci il

Naxçıvan  Muxtar Res­publikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi

7.

Əziz Şərifin adını daşıyan küçənin və Naxçıvan şəhərin­dəki məzarının abadlaşdırılması

2015-ci il

Naxçıvan Şəhər İcra Hakimiyyəti

8.

Əziz Şərifin həyatına, ədəbi yaradıcılığına və elmi fəaliy­yətinə həsr olunmuş tematik verilişlərin və qəzet material­larının hazırlanması, keçirilən tədbirlərin işıqlandırıl­ması

İl ərzində

Naxçıvan Muxtar Res­publikasının kütləvi informasiya vasitələri