Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasındakı muzeylərin

fəaliyyətinin tənzimlənməsi haqqında

 

Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin stimullaşdırılması və muzey işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Statusu, işin həcmi və göstəriciləri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasındakı muzeylər üçün kateqoriyalar müəyyən edilsin və muzey işçilərinin aylıq vəzifə maaşlarına orta hesabla 30-50 manat əlavələr müəyyən edilsin:

-muxtar respublika əhəmiyyətli muzeylər;

-tarix-diyarşünaslıq muzeyləri;

-ev muzeyləri.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. Naxçıvan Muxtar Respublikasındakı muzeylərin kateqoriyalar üzrə siyahısını və bütün kateqoriyadan olan muzeylər üçün yeni ştat cədvəllərini təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri,     04   fevral 2015-ci il

№ 275-04/S