“Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan

Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar

Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan  Respublikası Prezidentinin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli­ ­­Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 18 fevral 2015-ci il

№ 277-04/S