“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin

Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə

əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli 1251 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 10 iyun 2015-ci il

№ 296-04/S

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2015-ci il 10 iyun

tarixli 296-04/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin

Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar

T Ə D B İ R L Ə R  P L A N I

Tədbirin adı

İcra müddəti

İcraya məsul təşkilat

1.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni mətbəə avadanlığının quraşdırılması

İyul,

2015-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

2.

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda mətbuatın inkişafı” mövzusunda elmi konfransın keçirilməsi

14 iyul

2015-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Mətbuat Şurası

3.

“Mətbuat: tarix və müasirlik” mövzusunda dəyirmi masa müzakirələrinin təşkil olunması

İyul,

2015-ci il

Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri

4.

Naxçıvan şəhərində milli mətbuatın 140 illiyi münasibətilə tədbirin keçirilməsi

22 iyul

2015-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi

5.

Şəhər və rayon icra hakimiyyətlərində Milli Mətbuat Günü ilə əlaqədar tədbirlərin keçirilməsi

22 iyul

2015-ci il

Şəhər və rayon icra hakimiyyətləri

6.

Muxtar respublika mətbuatının qocaman jurnalistləri ilə görüşlərin keçirilməsi

İyun- iyul 2015-ci il

Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri

7.

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə qəzet materiallarının və teleradio verilişlərinin hazırlanıb verilməsi, sənədli filmlərin nümayiş etdirilməsi, keçirilən tədbirlərin işıqlandırılması

İl ərzində

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı”, şəhər və rayon qəzetləri, “Kanal-35” televizi­yası və “Naxçıvanın səsi” radiosu