“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və

nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında

qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın

təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

Naxçıvan şəhəri, 25  iyul 2015-ci il

№ 305-04/

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli

305-04/S nömrəli Sərəncamı ilə təsdiq

edilmişdir

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və

nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında

qeyd edilməsi ilə bağlı

T Ə D B İ R L Ə R     P L A N I

S/№

Tədbirin adı

İcra müddəti

İcraya məsul təşkilatlar

1.

“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun keçirilməsi

Oktyabr, 2015-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti

2.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin     200 illiyi ilə əlaqədar dəyirmi masaların keçirilməsi

2015-ci il

Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi

3.

Professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən redaktə və nəşr olunması

İl ərzində

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu

4.

“Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması

2015-ci il

AMEA-nın Naxçıvan Bölməsi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

5.

“Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda açıq dərslərin təşkili

İl ərzində

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

6.

Dədə Qorqud boylarındakı süjetlər və qəhrəmanlar təsvirlərdə

İl ərzində

İqtisadiyyat və Sənaye Nazirliyi, Rəssamlar Birliyi

7.

Kütləvi informasiya vasitələrində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin     200 illiyinə həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması

2015-ci il

Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri