“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında

həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin               2016-cı il 11 oktyabr tarixli 2378 nömrəli Sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 13 oktyabr 2016-cı il

№ 80-05/S

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2016-cı il 13 oktyabr

tarixli 80-05/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar

Respublikasında həyata keçiriləcək

T Ə D B İ R L Ə R   P L A N I

Tədbirin adı

Məsul təşkilatlar

İcra müddəti

1.

Naxçıvan Muxtar   Respublikasının   şəhər   və   rayonlarının   bayram­sayağı bəzədilməsi

Şəhər və rayon icra hakimiyyətləri

17-30 oktyabr 2016-cı il

2.

Muxtar respublikada şəhidlər xiyabanlarının, Ümummilli lider Heydər Əliyevin şəhər və rayonlardakı heykəl və büstlərinin ziyarət olunması

Şəhər və rayon icra hakimiyyətləri

18 oktyabr 2016-cı il

3.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə  əlaqədar Naxçıvan şəhərindəki Bayraq Meydanı və Muzeyində tədbirin keçirilməsi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

18 oktyabr 2016-cı il

4.

Heydər Əliyev lektoriyalarında “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələlərin keçirilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

14-29 oktyabr 2016-cı il

 

5.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlət təltiflərinin təqdimatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

14 oktyabr 2016-cı il

6.

Naxçıvan Televiziyasının internet üzərindən yayıma başlaması münasibətilə tədbirin keçirilməsi

 

Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

17 oktyabr 2016-cı il

7.

4-cü nəsil Naxtel mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı tədbirin keçirilməsi

Rabitə və Yeni Texnologiyalar Nazirliyi

25 oktyabr 2016-cı il

8.

Muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgilərin təşkil olunması

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

17-30 oktyabr 2016-cı il

9.

“Müstəqillik dövrü fakt və rəqəmlərdə” mövzusunda elmi-praktik konfransın keçirilməsi

AMEA Naxçıvan Bölməsi, Dövlət Statistika Komitəsi

20 oktyabr 2016-cı il

10.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının  iyirmi beşinci ildönümü münasibətilə müxtəlif dəyirmi masa, mədəniyyət və idman tədbirlərinin keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respubli­kası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu

oktyabr-noyabr     2016-cı il

11.

Müstəqil Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikasının son iyirmi beş ildə əldə etdiyi nailiyyətlərlə bağlı tematik materialların hazırlan­ması, keçirilən tədbirlərin işıqlandırıl­ması

Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri

Mütəmadi