Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin

50 illik yubileyinin keçirilməsi haqqında

 

Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 1965-ci ilin oktyabr ayında Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlamış, 1966-cı il avqustun 1-dən isə təhsil müəssisəsi kimi müstəqil fəaliyyət göstərmişdir. Hazırda musiqi məktəbində 9 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən 50 il ərzində məktəbin 1600-dən çox məzunu olmuşdur. Məzunlardan bir qrupu ali və orta ixtisas təhsili almış, mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına öz töhfələrini vermişlər.

Məktəbdə yaradılan Xalq Çalğı Alətləri, Nəfəsli Alətlər orkestrləri, Xor Kollektivi, Nağaraçalanlar ansamblı Azərbaycan mədəniyyətinin inkişafı, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması işində mühüm rola malikdir.

Ali və orta ixtisas musiqi məktəbləri üçün baza rolunu oynayan Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin muxtar respublikada uşaq və gənclərin musiqi tərbiyəsində, istedadlı musiqiçilər nəslinin yetişdirilməsində, bütövlükdə muxtar respublikanın mədəni həyatında rolunu nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyi qeyd edilsin.

2. “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 21 oktyabr 2016-cı il

№ 82-05/S

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2016-cı il 21 oktyabr

tarixli 82-05/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin

50 illik yubileyinin keçirilməsi ilə əlaqədar

TƏDBİRLƏR PLANI

Tədbirin adı

İcra müddəti

İcraya məsul təşkilatlar

1.

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyinə həsr olunmuş tədbirin keçirilməsi

2016-cı il

Mədəniyyət və Turizm Nazirliyi

2.

“Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 50 ildə” mövzusunda konfransın keçirilməsi

Noyabr, 2016-cı il

Mədəniy­yət və Turizm Nazirliyi, Ordubad Rayon İcra Hakimiyyəti, Bəstəkarlar Təşkilatı, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi

3.

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik fəaliyyətini əks etdirən nəşrin hazırlanması

2016-cı il

Mədəniyyət və Turizm Nazirliyi, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi

4.

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyi münasibətilə tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması

Oktyabr-dekabr 2016-cı il

Naxçıvan Muxtar Respublika­­sının kütləvi informasiya vasitələri