NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin
120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 21 noyabr 2016-cı il
№ 88-05/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2016-cı il 21 noyabr
tarixli 88-05/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin
120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
1. |
Əziz Əliyevin 120 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi |
2017-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, AMEA-nın Naxçıvan Bölməsi, Səhiyyə Nazirliyi |
2. |
Ali təhsil müəssisələrində “Əziz Əliyev-120” mövzusunda elmi konfransların keçirilməsi |
Yanvar, 2017-ci il |
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, ali təhsil müəssisələri |
3. |
Ümumtəhsil məktəblərində “Əziz Əliyev: həyat yolu” mövzusunda interaktiv dərsin təşkil edilməsi |
Yanvar, 2017-ci il |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, AMEA-nın Naxçıvan Bölməsi |
4. |
Naxçıvan şəhərində Əziz Əliyev prospektinin yenidən qurulması |
2017-ci il |
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti |
5. |
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması |
2017-ci il |
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Səhiyyə Nazirliyi |
6. |
Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tematik materialların hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
İl ərzində |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |