“Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan

Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar

Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli­ Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 10 fevral 2017-ci il

№ 112-05/S

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2017-ci il 10 fevral

tarixli 112-05/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan

Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar

T Ə D B İ R L Ə R   P L A N I

Tədbirin adı

İcraya məsul təşkilat

İcra müddəti

4.

Akademik Həsən Əliyevin   110 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

2017-ci il

5.

“Həsən Əliyev-110” möv­zu­­sunda elmi konfransın keçirilməsi

Naxçıvan Muxtar Respublika­sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,  AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti

2017-ci il

6.

Gənclərin və tələbələrin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyasının təşkili

Naxçıvan Muxtar Respublika­sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, ali və orta ixtisas təhsili müəssisələri

Mart-sentyabr 2017-ci il

7.

Naxçıvan şəhərində Həsən Əliyev küçəsinin yenidən qurulması

Naxçıvan Muxtar Respublika­sının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti

2017-ci il

8.

Həsən Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tematik materialların hazır­lanması, keçirilən tədbirlərin işıqlandırılması

Naxçıvan Muxtar Respublika­sının kütləvi informasiya vasitələri

il ərzində