NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Akademik Həsən Abdullayevin 100 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə
əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 27 iyul 2017-ci il
№ 154-05/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2017-ci il 27 iyul
tarixli 154-05/S nömrəli Sərəncamı
ilə təsdiq edilmişdir
Akademik Həsən Abdullayevin 100 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcraya məsul təşkilat |
İcra müddəti |
1. |
“Həsən Abdullayev-100” mövzusunda elmi konfransın keçirilməsi |
AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu |
2018-ci il |
2. |
AMEA-nın Naxçıvan bölməsində ümumtəhsil məktəbləri üçün “Həsən Abdullayev: görkəmli fizik” mövzusunda interaktiv dərsin keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, AMEA-nın Naxçıvan bölməsi |
2018-ci il |
3. |
Həsən Abdullayevin həyat və fəaliyyətinə həsr olunmuş tematik materialların hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |
il ərzində |