“Mənəvi Dəyərlər Fondu”nun yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Mənəvi Dəyərlər Fondu”nun

yaradılması haqqında

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində “Mənəvi Dəyərlər Fondu” yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                          VASİF TALIBOV


Naxçıvan şəhəri, 28 dekabr 2017-ci il

№ 205-05/S