NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi”
publik hüquqi şəxsin yaradılması haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzinə publik hüquqi şəxs statusu verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam 2018-ci il iyunun 1-dən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 24 may 2018-ci il