Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında İsrailin ölkəmizdəki səfirliyinin fəaliyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasına üçüncü dəfə səfər etdiyini bildirən Dan Stav səmimi qəbula görə minnətdarlıq edib. Diplomat muxtar respublikada əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirib və səfərin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti