Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərindəki mədəniyyət evlərinin fəaliyyətinin tənzimlənməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I


Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərindəki

mədəniyyət evlərinin fəaliyyətinin tənzimlənməsi haqqında


Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikanın rayon mərkəzlərindəki mədəniyyət evlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində fəaliyyət göstərən mədəniyyət evləri mədəniyyət sarayları adlandırılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 31 oktyabr 2018-ci il