Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

 

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır.

Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordusunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilmişdir. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunmuş, lazımi şərait yaradılmışdır. Binada rabitə, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilmişdir. Təlim mərkəzində maneələr zolağı və təlim idarəetmə məntəqəsi yaradılmış, yollar çəkilmiş, yaşıllıq zolağı salınmışdır.

Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulmuşdur. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülmüş, yataq yerləri və məişət guşələri istifadəyə verilmişdir. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti