NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2005-ci il 6 iyul tarixli 203-01/S nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 iyul tarixli 203-01/S nömrəli Sərəncamının 2-ci hissəsindən “Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan” və “həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə” sözləri çıxarılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 02 may 2020-ci il
№ 26-06/S