ÇapE-poçt

 

NAXÇIVAN ALİ MƏCLİSİNİN RƏYASƏT HEYƏTİ ÜZRƏ


SƏRƏNCAM

“Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda simpoziumun keçirilməsi haqqında

 

“Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda simpozium keçirmək barədə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin təklifini nəzərə alaraq Naxçıvan MR Ali Məclisi qərara alır:

1) Naxçıvanın tarixi inkişafının bütün mərhələlərinin real tarixi mənbələr əsasında öyrənilməsinin, elmi əsaslar üzrə işlənib hazırlanmasını və nəşrini təşkil etmək məqsədilə “Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda simpoziumun keçirilməsi məqsədə uyğun sayılsın.

2) “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumun 1996-cı il iyul ayında 3 gün müddətinə Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulsun.

3) Simpoziumun hazırlanması və keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılsın.

4) Simpoziumda Azərbaycan alimləri ilə yanaşı, Naxçıvanın tarixinin bağlı olduğu Rusiya, Türkiyə və İran İslam Respublikasının görkəmli alimlərinin də iştirakı təmin edilsin.

5) “Uluslararası qaynaqlarda Naxçıvan” simpozimunun materiallarının kitab halında nəşrinə nail olunsun.

6) Qərarın icrasına nəzarət Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini, A.A.Qasımova həvalə edilsin.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,

Azərbaycan Respublikası və Naxçıvan

Muxtar Respublikasının xalq deputatı:                        VASİF TALIBOV

24 mart 1996-cı il

53/01-C