ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Kəngərli rayon Tarix-Diyarşünaslıq

Muzeyinin yaradılması haqqında

Kəngərli rayonunun ərazisi Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən biri olmaqla xalqımızın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı olan çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə zəngindir. Son zamanlar rayonun tarixinə, adət və ənənələrinə, məişətinə dair xeyli eksponat toplanmışdır. Bundan əlavə, yerli sakinlərdə və ümumtəhsil məktəblərində rayon tarixini özündə əks etdirən eksponatlar qorunub saxlanılır. Rayon ərazisindəki maddi-mədəniyyət nümunələrinin daha etibarlı qorunub saxlanılmasını, tədqiq edilib öyrənilməsini və təbliğ olunmasını əsas götürərək q ə r a r a a l ı r a m :

1.Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi yaradılsın.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 17 iyun 2006-cı il

№ 33-03/S