NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Hüseyn Cavidin 125 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında
keçirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinin “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 2007-ci il 17 aprel tarixli 2095 nömrəli sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədi ilə q ə r a r a a l ı r a m :
1. "Hüseyn Cavidin 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq olunsun.
2. Aidiyyatı təşkilatlar Tədbirlər planından irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 15 may 2007-ci il
№ 111-03/S