ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I


Naxçıvan Dövlət Universitetinin 40 illik

yubileyinin Naxçıvan Muxtar Respublikasında

keçirilməsi haqqında

 

Azərbaycan Respublikasının Prezidentinin “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 31 mart tarixli 2074 nömrəli sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədi ilə qərara alıram :

1.”Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər planı” təsdiq olunsun.

2.Aidiyyəti təşkilatlar Tədbirlər planından irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV


Naxçıvan şəhəri, 17 may 2007-ci il

№ 112-03/S