ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət

Musiqili Dram Teatrının 125 illik yubileyinin

Naxçıvan Muxtar Respublikasında

keçirilməsi haqqında

 

Azərbaycan Respublikasının Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” 2008-ci il 31 yanvar tarixli 2640 nömrəli sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədi ilə q ə r a r a a l ı r a m :

1.”Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər planı” təsdiq olunsun (əlavə olunur).

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 06 fevral 2008-ci il

№ 146-03/S

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin 2008-ci il 06 fevral

tarixli 146-03/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət

Musiqili Dram Teatrının 125 illik yubileyinin

Naxçıvan Muxtar Respublikasında

keçirilməsi ilə əlaqədar

TƏDBİRLƏR PLANI


S/№

Tədbirin adı

İcra

müddəti

İcraya məhsul təşkilat

1.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Gəncə şəhərinə, muxtar respublikanın şəhər və rayon mərkəzlərinə qastrol səfərlərinin təşkil edilməsi

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

2.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi münasibəti ilə elmi konfransın keçirilməsi

2008-ci il

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı, Naxçıvan Muxtar Respublikası Yazıçılar və Rəssamlar birlikləri, Azərbaycan Teatr Xadimləri İttifaqının Naxçıvan Təşkilatı

3.

“Naxçıvan teatr səlnaməsi” kitabının hazırlanması

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

4.

“Naxçıvan teatrı-125” mövzusunda sənədli filmin çəkilməsi

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, Teatr Xadimləri İttifaqı

5.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisitik jurnalın bir nömrəsinin yubileyə həsr olunması

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi

6.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibəti ilə poçt markası, açıqca və müxtəlif suvenirlərin hazırlanması

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

7.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasıda yenidənqurma işlərinin aparılması

2008-2009-cu illər

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

8.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubiley zirvə tədbirinin keçirilməsi

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

9.

Muxtar respumlikanın kütləvi informasiya vasitələrində Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibəti ilə tematik materialların verilməsi, keçirilən tədbirlərin işıqlandırılması

2008-ci il

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, “Kanal-35” televiziyası “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri