ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan Muxtar Respublikasının 85 illik

yubileyinə həsr olunmuş Tərbirlər Planı”nın

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 06 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram :

1.“Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş Tərbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 fevral 2009-cu il

№ 182-03/S

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin 2009-cu il 07 fevral

tarixli 182-03/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasının 85 illik

yubileyinə həsr olunmuş

Tərbirlər Planı

S/№

Tədbirin adı

İcra

müddəti

İcraya məhsul təşkilat

1.

“Naxçıvan Muxtar Respublikası-85: tarix və müasirlik ” mövzusunda elmi konfransın keçirilməsi

Mart

2009-cu il

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi

2.

Naxçıvan Muxtar Respublikası-85 illiyinə həsr olunmuş yubiley zərf və poçt markalarının buraxılması

Fevral

2009-cu il

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

3.

Naxçıvanın muxtariyyət tarixi ilə bağlı tədris müəssisələrində açıq dərslərin keçirilməsi

9 fevral

2009-cu il

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili məktəbləri

4.

Muxtar respublikanın mədəniyyət müəssisələrində “Naxçıvan Muxtar Respublikası-85” mövzusunda mədəni-kütləvi tədbirlərin hazırlanması, kitabxanalarda kitab sərgilərinin və xüsusi guşələrin yaradılmas, oxucu günlərinin təşkil olunması

Fevral-dekabr

2009-cu il

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

5.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin əks olunduğu sərginin hazırlanıb nümayiş etdirilməsi

2009-cu il

Naxçıvan Muxtar Respublikasının İqtisadi inkişaf Nazirliyi

6.

Naxçıvanın tarixinə və mədəniyyətinə dair yeni tədqiqatların və sənədlər toplusunun çap olunması

2009-cu il

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

7.

Naxçıvan Muxtar Respublikası-85 illik yubilyei münasibəti ilə Azərbaycan, ingilis və rus dillərində “Naxçıvan.az” internet portalının hazırlanıb yerləşdirilməsi

2009-cu il

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

8.

85 illik yubileyə həsr olunmuş yarışlar, estafetlər, idman oyunlarının keçirilməsi, bədii özfəaliyyət kolletivlərinin çıxışlarının təşkil edilməsi

2009-cu il

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi

9.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii elmi-publistik jurnalının bir nömrəsinin Naxçıvan Muxtar Respublikası-85 illik yubileyinə həsr olunması

2009-cu il

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi

10.

Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini əks etdirən ən yaxşı bədii əsərlərin seçilib nəşr olunması

2009-cu il

Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi

11.

Naxçıvan Muxtar Respublikasının 85 ildə keçdiyi yola həsr olunmuş məqalələrin, ümummilli lider Heydər Əliyev və Naxçıvanın statusu məsələlərinə dair verlişlərin və qəzet materiallarının hazırlanıb verilməsi, muxtar respublikada dərc edilən qəzet və jurnalların yubileyə həsr olunmuş xüsusi nömrələrinin buraxılması, keçirilən tədbirlərin işıqlandırılması

2009-cu il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri