“Cəlil Məmmədquluzadənin140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Cəlil Məmmədquluzadənin140 illik

yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın

təsdiq edilməsi haqqında

Azərbaycan Resoublikası Prezidentinin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 2009-cu il 6 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 14 fevral 2009-cu il

№ 185-3/S

 

Naxçıvan Muxtar Respubliksı

Ali Məclisi Sədrinin 2009-cu il 14 fevral

tarixli 185-03/S nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

Cəlil Məmmədquluzadənin 140 illik

yubileyinə həsr olunmuş

Tədbirlər Planı

S/№

Tədbirlər Planı

İcra müddəti

İcraya məsul təşkilat

1.

Cəlil Məmmədquluzadənin 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin təşkil olunması

2009-cu il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

2.

“Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi

Oktyabr, 2009-cu il

Azərbaycan Milli Elimlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti ,Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi

3.

Böyük ədib Cəlil Məmməd-quluzadənin 100 il bundan əvvəl yazdığı “Ölülər” əsərinin tamaşasının və əsər barədə elmi konfransın təşkili

İyun,

2009-cu il

Naxçıvan Dövlət Universiteti, Azərbaycan Milli Elimlər Akademiyasının Naxçıvan bölməsi

4.

Cəlil Məmmədquluzadənin 140 illiyi ilə əlaqədar yubiley poçt marka və zərflərin buraxılması

Sentyabr,

2009-cu il

Naxçıvan Muxtar Respubli-kasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

5.

Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri və ədibin hekayələrinin motivləri əsasında hazırlanmış “Qurbanəli bəy” tamaşalarının göstərilməsi

2009-cu il

Naxçıvan Muxtar Respubli-kasının Mədəniyyət və Turizm Nazirliyi

6.

Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyinin təmiri, ev muzeylərinin yeni eksponatlarla zənginləşdirilməsi

Fevral-oktyabr,

2009-cu il

Naxçıvan Muxtar Respubli-kasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

7.

“Cəlil Məmmədquluzadə ensiklope-diyası”nın hazırlanıb nəşr edilməsi

2009-cu il

Azərbaycan Milli Elimlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti

8.

Cəlil Məmmədquluzadənin adını daşıyan muzeylərdə tematik tədbirlərin, muxtar respublikanın mədəniyyət müəssisələrində yubileylə əlaqədar oxucu konfranslarının keçirilməsi, ədibin əsərlərindən ibarət sərgilərin hazırlanması

İl ərzində

Naxçıvan Muxtar Respubli-kasının Mədəniyyət və Turizm Nazirliyi

9.

Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr olunmuş yubiley zirvə tədbirlərinin geçirilməsi

Oktyabr, noyabr, 2009-cu il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

10.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Cəlil Məmmədqulu-zadənin 140 illiyinə həsr olunması

Sentyabr,

2009-cu il

Naxçıvan Dövlət Universiteti

11.

Cəlil Məmmədquluzadənin ailəsin-dən dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələrinin yubiley tədbirlərinə dəvət olunması

Oktyabr,

2009-cu il

Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

12.

Cəlil Məmmədquluzadənin 140 illiyi ilə əlaqədar tematik verlişlərin və qəzet materiallarının hazırlanması keçirilən tədbirlərin işıqlandırılması

2009-cu il

Naxçıvan Muxtar Respubli-kasının kütləvi informasiya vasitələri