ÇapE-poçt

 

XVI fəsil

NORMATİV HÜQUQİ AKTLARIN İNKORPORASİYASI

Maddə 90. Naxçıvan Muxtar Respublikasının qanunlar külliyyatı

90.1. Naxçıvan Muxtar Respublikasının qanunlar külliyyatı Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarının müntəzəm təzələnən və elektron formada nəşr edilən sistemləşdirilmiş toplusudur.

90.2. Naxçıvan Muxtar Respublikasının qanunlar külliyyatının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

Maddə 91. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri

91.1. Normativ hüquqi aktların icrasına kömək göstərmək məqsədi ilə normativ hüquqi aktların rəsmi topluları və məcmuələri hazırlanır və nəşr edilir.

91.2. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri bilavasitə normayaratma orqanları və ya onların tapşırığı ilə digər dövlət orqanları tərəfindən nəşr edilir.

Maddə 92. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri

92.1. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri fiziki və hüquqi şəxslər tərəfindən nəşr edilə bilər.

92.2. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri nəşr edildikdə normativ hüquqi aktın mətninin hansı rəsmi mənbədən götürüldüyü göstərilməlidir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 19 iyul 2011-ci il

№ 6- IV QN

Əlavə 1


Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu

1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə sahəsinə aid normativ tənzimləmənin vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili).

2. Normativ hüquqi aktın layihəsinin (qanunun) normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.

3. Normativ hüquqi aktın layihəsinin (qanunun) normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu.

4. Normativ tənzimləmə predmetinə uyğunluğu.

5. Normativ hüquqi aktın layihəsinin (qanunun) formasının və mahiyyətinin uyğunluğu.

6. Normativ hüquqi aktın layihəsinin (qanunun) daxili strukturunun məntiqliliyi.

7. Normativ hüquqi aktın layihəsinə daxil edilən (qanunda olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.

8. Normativ hüquqi aktın layihəsində (qanunda) bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi.

9. Normativ hüquqi aktın layihəsinin (qanunun) müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi.

10. Normativ hüquqi aktın layihəsinin (qanunun) müəyyən edilmiş qaydada və formada qəbul edilməsi.

11. Normayaratma texnikasına uyğunluğu.

12. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmaması.

13. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısının düzgünlüyü.

14. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların siyahısının düzgünlüyü.

15. Çıxarılan nəticə.

Əlavə 2

Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri

Tipik sui-istifadə amili, sui-istifadəyə məruz qalma təzahürü

Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə amilinin aşkar edildiyi struktur elementi

A

Dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri

1.

vəzifəli şəxsin (orqanın) diskresion səlahiyyətlərinin genişliyi

2.

vəzifəli şəxsin (orqanın) səlahiyyətinin dispozitiv imkan kimi müəyyənləşdirilməsi

3.

şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olunandan yüksək tələblərin irəli sürülməsi

4.

vəzifəli şəxs (orqan) üçün fiziki və hüquqi şəxslərin hüquqlarından sui-istifadə imkanının yaradılması (dispozitiv imkanın verilməsi)

5.

vəzifəli şəxsin (orqanın) hüquqlarının həcminin əsassız olaraq dəyişdirilməsi

6.

qanundan irəli gələn normayaratmanın həddindən artıq azadlığı

7.

hüquqi-linqvistik sui-istifadəyə məruz qalma

8.

orqanın səlahiyyətindən kənar normativ hüquqi aktının qəbul edilməsi

9.

qanun boşluqlarının icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması

B

Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri

10.

hüquqi tənzimlənmədə boşluqlarının mövcudluğu

11.

inzibati prosedurların olmaması

12.

müsabiqə (hərrac) prosedurlarının olmaması

13.

konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin olmaması

14.

hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi

15.

orqana və vəzifəli şəxslərə nəzarətin müəyyənləşdirilməməsi

16.

informasiyanın şəffaflığı rejiminin pozulması

C

Sistem xarakterli tipik sui-istifadə amilləri

17.

yanlış məqsəd və prioritetlər

18.

kolliziyalar

19.

məcbur edilmiş sui-istifadəyə məruz qalma

Ç

Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri

20.

normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət olunmaması

21.

normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi

22.

mənafelər balansının pozulması

D

Digər sui-istifadə amilləri