NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Görkəmli alim və pedaqoq Abbas Zamanovun
100 illik yubuleyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hisəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Abbas Zamanovun 100 illik yubileyi haqqında” 2011-ci il 5 oktyabr tarixli 1761 nömrəli Sərəncamın icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Görkəmli alim və pedaqoq Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 07 oktyabr 2011-ci il.
№ 44-04/S