“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

Q A N U N U

“Naxçıvan Muxtar Respublikası  Ali Məclisi deputatının  statusu haqqında”

Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 29-cu maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Ali Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                             VASİF TALIBOV

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il