Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

QANUNU

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan

Muxtar Respublikasının Qanununda

dəyişiklik edilməsi barədə

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 19.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“19.2.Müvəkkilin fəaliyyətinin müəyyənləşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.”.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 08 yanvar 2008-ci il

№ 3-III QN