Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında


Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə”  təsdiq edilsin.

2. “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturu” təsdiq edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan  irəli gələn məsələləri həll etsin.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV


Naxçıvan şəhəri, 09 oktyabr 2018-ci il

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin                    fəaliyyətinin təmin edilməsi haqqında