"Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il

11 oktyabr tarixli 128-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş

"Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri

haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə


Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli 128- İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.9.6-1-ci yarımbənd əlavə edilsin:

"3.9.6-1. yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin qanunvericiliyə uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir"

 

 

Naxçıvan Muxtar Respublikası

Ali  Məclisinin Sədri VASİF TALIBOV

 

Naxçıvan şəhəri 25 dekabr 2014-cü il

№ 138-İVFR