Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin

Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi” təsdiq edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görsün.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                                   VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  05  mart 2018-ci il