Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında


Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”  təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi”  təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

Naxçıvan şəhəri, 06 dekabr 2018-ci il