“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin

90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında

keçirilməsinə dair Tədbirlər Planı”nın

təsdiq edilməsi haqqında

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  14 fevral  2013-cü il

№ 121-04/S