NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Akademik Həsən Abdullayevin 100 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə
əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 27 iyul 2017-ci il
№ 154-05/S