Naxçıvan Muxtar Respublika mükafatının verilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublika mükafatının verilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2019-cu il üçün elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatı “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Hacıyev İsmayıl Muxtar oğluna verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                   VASİF TALIBOV

Naxçıvan şəhəri, 08 fevral 2019-cu il