Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan Muxtar Respublikasının 85 illik

yubileyinə həsr olunmuş Tərbirlər Planı”nın

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 06 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram :

1.“Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş Tərbirlər Planı” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 fevral 2009-cu il

№ 182-03/S