“Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan Muxtar Respublikasının 90 illik

yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın

təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə  qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  17  yanvar  2014-cü il

№ 181-04/S