S.T.Məmmədovun gənc istedadların xüsusi təqaüdünə layiq görülməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

S.T.Məmmədovun gənc istedadların xüsusi

təqaüdünə layiq görülməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II hissə­sinin 22-ci bəndini rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli 46-IV FR nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Şahmat idman növü üzrə xüsusi istedadı olan Naxçıvan şəhər Məmməd Cəfər Cəfərov adına 14 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Sadiq Teymur oğlunun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsün.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV


Naxçıvan şəhəri, 30 may 2014-cü il

№ 205-04/S