NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan
Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar
Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 10 fevral 2017-ci il
№ 112-05/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2017-ci il 10 fevral
tarixli 112-05/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan
Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcraya məsul təşkilat |
İcra müddəti |
4. |
Akademik Həsən Əliyevin 110 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
2017-ci il |
5. |
“Həsən Əliyev-110” mövzusunda elmi konfransın keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti |
2017-ci il |
6. |
Gənclərin və tələbələrin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyasının təşkili |
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, ali və orta ixtisas təhsili müəssisələri |
Mart-sentyabr 2017-ci il |
7. |
Naxçıvan şəhərində Həsən Əliyev küçəsinin yenidən qurulması |
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti |
2017-ci il |
8. |
Həsən Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tematik materialların hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |
il ərzində |