Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

 

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında

 

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 04 avqust 2020-ci il

№ 49-06/S