Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Dövlət Uşaq Teatrının

yaradılması haqqında

Azərbaycan mədəniyyətin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsil intibah baş vermiş, milli-mənəvi dəyərlər diqqət mərkəzində saxlanmış, Azərbaycanda mədəniyyət inkişaf edərək beynalxalq səviyyəyə çıxmışdır. Lakin ümummilli liderimizin siyasi hakimyyətdən istefasından sonra mədəniyyətimizlə bağlı həyata keçirilən irimiqyaslı tədbirlər dayandırılmışdır.

Bu inkişaf yalnız ümummilli liderimizin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qaydışından sonra mümkün olmuşdur. Möhtərəm Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyətin dövlət qayğısı ilə əhatə olunması, mədəni inkişaf xətti ölkəmizdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə bir sıra tədbirlər görülmüş, tarixi-mədəniyyət abidələri əsaslı bərpa olunmuş və ya yenidən qurulmuş, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmişdir.

Mədəniyyətin inkişafına göstərilən qayğının tərkib hissəsi olaraq hazırda istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması sahəsində tədbirlər davam etməkdədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli 30-03/S nömrəli sərancamı ilə “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” təsdiq edilmiş, proqramın icrası üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq q ə r a r a a l ı r a m :

1.Naxçıvan Dövlət Uşaq Teatrı yaradılsın.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 04 oktyabr 2006-cı il

№ 57-03/S