24.07.21 06:49 ərzində olan dəyişikliklər Yazan Administrator 02.08.11 10:27
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Cəlil Məmmədquluzadənin140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Resoublikası Prezidentinin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 2009-cu il 6 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 14 fevral 2009-cu il
№ 185-3/S